Azərbaycanda müdafiə xərcləri artırılır

Azərbaycanda müdafiə xərcləri artırılır

Bu ilin dövlət büdcəsində müdafiə xərcləri 166,5 mln. manat və yaxud 6,1% artırılaraq 2 905,222 mln. manata çatdırılacaq.


"Report” xəbər verir ki, bu, "2018-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində nəzərdə tutulub.

Sənədə əsasən, müdafiə qüvvələrinə çəkilən xərcin 1,3% artırılaraq 1 384,068 mln. manat, milli təhlükəsizliyə çəkilən xərclərin 16,75% artırılaraq 130,359 mln. manat, digər kateqoriyaya aid edilməyən xərclərin isə 10,3% artırılaraq 1 388,132 mln. manat olması planlaşdırılır. Müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlara ayırmalar isə əvvəlki kimi 2,663 mln. manat saxlanılıb. 

 
Aktual.az
Xəbər 302 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR