Azərbaycanda minik və yük avtomobillərinin istehsalı dayanmaq üzrədir

Azərbaycanda minik və yük avtomobillərinin istehsalı dayanmaq üzrədir

Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 205,7 mln. manatlıq məhsul istehsal edilib.
Aktual.az x
əbər verir ki, Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 23,6%, sair nəqliyyat vasitələrinin istehsalı isə 19,1% artıb.
 
Son 10 ay ərzində fəvvarə armaturunun istehsalı 89,4%, minik avtomobillərinin istehsalı 88,9%, yük avtomobillərinin istehsalı 98,6% azalıb, ştanqlı quyu nasoslarının istehsalı 32,1%, xüsusi təyinatlı kommunal maşınların istehsalı 2,1 dəfə, traktorların istehsalı 26,2% artıb.
 
Aktual.az
Xəbər 428 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR