“Azərbaycanda meşə örtüyü artıb”

“Azərbaycanda meşə örtüyü artıb”

“Azərbaycanda meşə örtüyü artmağa başlayıb”.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib. Onun sözlərinə görə, Azərbaycan bu sahədə nadir ölkələrdən biridir: “Ölkəmiz bu sahədə post-sovet ölkələri arasında birincidir”.

Nazirin sözlərinə görə, Azərbaycanda mühafizə olunan ərazi 1 milyon hektarı keçib: “Bu, ölkəmiz üçün nailiyyətdir. Əminliklə deyirəm ki, meşələr kifayət qədər yaxşı mühafizə olunur”.

Nazir Göygöl Milli Parkı ilə bağlı problemlərə də toxunub. Onun sözlərinə görə, parkın müəyyən müddətdə bağlanması təmizlik işləri ilə əlaqədar olub: “Təəssüf ki, insanlar parkda ekoloji qaydalara riayət etmədilər. Ətraf mühit, park ərazisi çirkləndirildi. Ona görə, məcbur olduq ki, müəyyən müddətə bağlayaq və təmizlik işləri aparaq”.

Xəbər 280 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR