Azərbaycanda məktəbli qız özünü güllələdi

Azərbaycanda məktəbli qız özünü güllələdi

Şəkidə 11-ci sinif şagirdi özünü güllələyib

Aktual.az APA-ya itsinadən xəbər verir ki, martın 16-dan 17-ə keçən gecə rayonun Şorsu kənd sakini, 2001-ci il təvəllüdlü Firəngiz Qalib qızı Əzizova döş qəfəsinin və qarın boşluğunun dəlib-keçən güllə yaraları xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
MRX-dan verilən məlumata görə, müayinə zamanı 17 yaşlı Firəngiz Əzizovanın hələlik bilinməyən səbəbdən yaşadığı ünvanda atasına məxsus ov tüfəngi ilə özünü güllələdiyi məlum olub.Firəngiz Əzizovanın üzərində təcilli cərrahiyə əməliyyatı keçirilib,  hazırda müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır qiymətləndirilir. Firəngiz Əzizovanın 11-ci sinif şagirdi olduğu bildirilir.
Faktla bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.
Xəbər 205 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR