Rəsmi işsiz statusu verilmiş şəxslərin sayı məlum olub

Rəsmi işsiz statusu verilmiş şəxslərin sayı məlum olub

Bu il martın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 37,7 min nəfər olub, onların da 36,5 faizini qadınlar təşkil edib.

Dövlət Statistika Komitəsindən Aktual.az-a verilən məlumata görə, işsizlik müavinətinin orta məbləği 361,3 manat olub.
2018-ci il martın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5072,6 min nəfər olub, onlardan 4820,2 min nəfərini d' məşğul əhali təşkil edib.
Cari il fevralın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1508,4 min nəfər olub.
2018-ci ilin yanvar ayında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 151,2 saat təşkil edib.
Xəbər 321 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR