Azərbaycanda ilk dəfə beynəlxalq sənədli film festivalı keçiriləcək

Azərbaycanda ilk dəfə beynəlxalq sənədli film festivalı keçiriləcək

Oktyabrın 12-dən 20-dək Azərbaycanda ilk dəfə "DokuBaku” beynəlxalq sənədli film festivalı keçiriləcək.

Aktual.az  AZƏRTAC-a istinadla xəbər verir ki, "Reallığı sınayaraq” devizi altında təşkil olunacaq festival iki hissədən - əsas və yerli rejissorlar üçün nəzərdə tutulmuş müsabiqə proqramından ibarətdir. Əsas proqram çərçivəsində tamaşaçılara 18 sənədli film təqdim ediləcək, rejissor və prodüserlər üçün ustad dərsləri təşkil olunacaq. Festivala Hannes Lanq, Erik Qandini kimi tanınmış rejissorlar qatılacaq.
Yerli rejissorlar üçün müsabiqə proqramında isə son iki ildə çəkilən 15 qısametrajlı sənədli film nümayiş olunacaq. Filmlər tanınmış yerli və xarici kino mütəxəssislərinin təmsil olunduğu münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Festivalda əsas məqsəd azərbaycanlı rejissorları sənədli filmlər yaratmağa və festivallarda iştirak etməyə sövq etmək, sənədli film janrının özəllikləri və müxtəlifliyini göstərmək və bu sahədə fikir mübadiləsi aparmaqdır.
Qeyd edək ki, festivalın ideyası rejissor İmam Həsənov və prodüser Veronika Yanatkovaya məxsusdur.
 
Aktual.az
Xəbər 76 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR