Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlandı

Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlandı

 "Hazırda Respublika QİÇS-lə Mübarizə Mərkəzində 4427 nəfər müalicə alır".

"Report" xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Eldəniz Muradov deyib.
O qeyd edib ki, müalicə nəticəsində xəstələr sağlam həyat tərzi sürür, cəmiyyətə adaptasiya olur, ailə qururlar, uşaqları dünyaya gəlir və bu uşaqlar sağlam olurlar: "25-30 il qeydiyyatda olan xəstələr var və biz onlarda infeksiyasının inkişafının qarşısını almışıq. Ölənlərin hamısı HİV-dən ölməyib, qəzaya düşənlər və digər səbəblərdən də ölənlər var.
Azərbaycan İİV epidemiyasının təmərküzləşmə fazasındadır. Yəni epidemiya yoluxmaya yüksək qruplar arasında üstünlük təşkil edir. Bu qrupda narkotik istifadəçiləri, seks biznes işçiləri və anadan uşağa ötürmə üstünlük təşkil edir".
E.Muradov bildirib ki, axır illərdə İİV-lə yoluxanların arasında cinsi yolla yoluxanlar artıb: "Son illərdə İİV-ə yoluxmuş qadınların sayı artıb. Yoluxmuş kişilər öz ailələrində cinsi patnyorlarına bu xəstəliyi yoluxdurur. Əsasən 30-39 yaş arasında olan qadınlarda yoluxmalar daha çox müşahidə edilir. Amma uşaqlar olduqca azdır".
 
Aktual.az
Xəbər 409 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR