Azərbaycanda futbolçular arasında KÜTLƏVİ DAVA

Azərbaycanda futbolçular arasında KÜTLƏVİ DAVA

Azərbaycan çempionatının 17 yaşadək futbolçuları arasında  "Zirə" - "Neftçi" matçında dava düşüb. 

Aktual.az  report-a istinadən xəbər verir ki, kütləvi insidentin səbəbkarları "Zidə"dən Ramil Məmmədbağırov, "Neftçi"dən isə Mehman Mənsimov olub.

Onlar oyun başa çatdıqdan sonra dava-dalaşda iştirak ediblər. AFFA İntizam Komitəsi hər iki futbolçunu 5 oyun cəzalandırıb. "Zirə" və "Neftçi" klublarına xəbardarlıq olunub, bu halın yenidən baş verəcəyi təqdirdə hər iki klubu daha ciddi sanksiyalar gözləyir.

Qeyd edək ki, daha bir cəza 84-cü dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan "Zirə"nin futbolçusu Murad Məmmədova verilib. O, növbəti qarşılaşmanı buraxmalı olacaq.
 
Aktual.az 
Xəbər 623 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR