Azərbaycanda əhalinin banklarda nə qədər pulu var?

Azərbaycanda əhalinin banklarda nə qədər pulu var?

2017-ci il dekabrın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 7 milyard 370,6 milyon manat təşkil edib.

Aktual.az Trend-ə istinadən bildirir ki, əmanətlərin 69,0 faizi xarici, 31,0 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrunə nisbətən 59,8 faiz artıb, xarici valyutada əmanətlər isə 17,7 faiz azalıb.

Ümumilikdə dekabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 manata (ilin əvvəlindən 1,72 manata), 1 avroya - 2,01 manata (1,94), 100 Rusiya rublu - 2,90 manata (2,95) bərabər olub.
Xəbər 152 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR