Azərbaycanda əcnəbilərə tətbiq edilən qadağalardan biri aradan qaldırılır

Azərbaycanda əcnəbilərə tətbiq edilən qadağalardan biri aradan qaldırılır

Azərbaycana daxil olan əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün qaydaların pozulmasına, tətbiq olunan cərimələrin ödənilməməsinə (yaxud gecikdirilməsinə) görə dəbbə pulu tətbiq edilir. Cərimələri ödəməyən şəxslərin ölkəyə girişi qadağan edilir.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə İnzibati Xətalar Məcəlləsinə yeni 150.15 və 150.16 maddələrinin əlavə edilməsi təklif edilir.
Layihəyə görə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olması və yaşaması qaydalarının pozulmasına görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olması və yaşaması qaydalarının pozulduğuna görə barəsində Azərbaycan hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edilmədən inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmiş şəxs cəriməni  (hesablanmış dəbbə pulu daxil olmaqla) ödəmədikdə onun Respublikaya gəlməsi Miqrasiya Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir. Şəxs cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla) ödədikdə onun ölkəyə gəlməsi ilə bağlı qadağa götürülür.
Layihə Milli Məclisin iyunun 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
 
Aktual.az 
Xəbər 362 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR