Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin məbləği açıqlandı

Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin məbləği açıqlandı

Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 10,2 faizini təşkil edib.

Aktual.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, Mərkəzi Bankın məlumatlarına əsasən, 2017-ci il aprel ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 15533,3 milyon manat təşkil edib, onun 12185,4 milyon manatı uzunmüddətli kreditlər olub. Kredit portfeli 2016-cı il aprel ayının 1-i ilə müqayisədə 21,1 faiz azalıb.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2017-ci il aprel ayının 1-nə 6911,5 milyon manat təşkil edib.
 
Aktual.az
Xəbər 268 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR