Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ - Kişi arvadını "kuvald"la öldürdü, özü isə intihar etdi

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ - Kişi arvadını

Bərdədə dəhşətli qətl hadisəsi törədilib.
 
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Hacallı kəndində baş verib.
Kənd sakini Saday Əliyev həyat yoldaşı Gülbəniz Mehdiyevanın başından "kuvald"la vuraraq öldürüb.
Bundan sonra övladlarına hücum edən S. Əliyev qızı Məleykə Əliyeva və oğlu Murad Əliyevə ağır xəsarətlər yetirib.
Daha sonra o, həyətlərindəki ağacdan özünü asıb.
S. Əliyevin övladları qonşuların köməkliyi ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan APA-nın Qarabağ müxbirinə verilən məlumata görə, vəziyyətləri ağırdır.
Hadisənin səbəbləri araşdırılır.
 
Aktual.az
Xəbər 1521 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR