Azərbaycanda DƏHŞƏT: oğul maşınla atasının üstündən keçib öldürdü

Azərbaycanda DƏHŞƏT: oğul maşınla atasının üstündən keçib öldürdü

Mayın 14-də Sumqayıtda baş vermiş qətlin üstü açılıb.
 
Lent.az xəbər verir ki, həmin gün saat 17 radələrində Sumqayıt şəhəri 20-ci məhəllə ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Şabran rayon sakini Nizami Rəsulov vurulub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb. DİN-in Təhlükəsiz Şəhər Xidməti və Sumqayıt ŞPİ əməkdaşları tərəfindən görülən tədbirlərlə hadisənin "VAZ-2107" markalı avtomobillə törədildiyi müəyyən edilib.
 
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən avtomobili idarə edən mərhumun oğlu Nazim Rəsulov tutulub. O, izahatında hadisəni ailə-məişət münaqişəsi zəminində qəsdən törətdiyini etiraf edib.
 
Faktla əlaqədar cinayət işi başlanılıb. 
 
Aktual.az
Xəbər 1380 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR