Azərbaycanda çörək və unun son qiymətləri — CƏDVƏL

Azərbaycanda çörək və unun son qiymətləri   — CƏDVƏL

Qiymətləri artıran şəxslərə qarşı ən ciddi məsuliyyət tədbirləri görüləcək.

Manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı bu gündən etibarən əlavə dəyər vergisindən (ƏDV) azad olunub.

İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, bunun nəticəsində unun topdansatış qiyməti əhəmiyyətli dərəcədə azalıb, daşınma xərclərindən asılı olaraq 50 kiloqramlıq 1 kisə unun qiyməti 21 manat 50 qəpiklə 22 manat 50 qəpik arasında, pərakəndə satış qiyməti isə 23 manatla 24 manat arasında formalaşıb.
 
Unun yeni qiymətinə uyğun olaraq, 500 qramlıq çörək 30 qəpiyə, 700 qramlıq çörək isə 40 qəpiyə satılacaq.

Unu və çörəyi göstərilən qiymətlərdən artıq qiymətə təklif edən şəxslərə qarşı ən ciddi məsuliyyət tədbirləri görüləcək.

Aktual.az APA-ya istinadən un ucuzlaşanadək və bu gündən etibarən istehlakçılara təqdim olunan unun qiymət və çəkilərini təqdim edir:

Müəssisə adı

Əvvəlki çəki(qr)

Əvvəlki qiymət (AZN)

Hazırkı

çəki (qr)

Hazırkı

qiymət (AZN)

1 çörək zavodu

500

0,40

500

0,30

700

0,50

700

0,40

"Muğan çörək zavodu" ASC

620

0,40

500

0,30

700

0,50

700

0,40

Bakıxanov çörək zavodu

580-610

0,40

500

0,30

700

0,50

700

0,40

"Xəzər" çörək zavodu

600

0,40

500

0,30

700

0,50

700

0,40

"Nur" çörək zavodu

580-600

0,40

500

0,30

700-730

0,50

700

0,40

"Ucal" çörək zavodu

400-430

0,30

500

0,30

700

0,50

700

0,40

Aktual.az

Xəbər 671 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR