Azərbaycanda bu saytlara giriş bağlandı

Azərbaycanda bu saytlara giriş bağlandı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin azadliq.info, azadliq.org, azərbaycansaati.com, Meydan.tv saytlarını, "Turan” telekanalı (Turan TV) və "Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı məhkəmə başa çatıb.
 
Lent.az-ın məlumatına görə, Səbael rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi  ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, qeyd olunan saytlar bloklanıb. Rabitə Naziliyinin tələbi qəbul edilib.
 
Qeyd edək ki, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi "Azadlıq” qəzetinin azadliq.info, "Azadlıq” radiosunun azadliq.org saytları, həmçinin, azərbaycansaati.com, Meydan.tv saytlarını, "Turan” telekanalı (Turan TV) və "Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı Səbail Rayon Məhkəməsinə müraciət edib.
 
Aktual.az
Xəbər 2337 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR