Azərbaycanda bu il zəhərlənənlərin SAYI

Azərbaycanda bu il zəhərlənənlərin   SAYI

“Bu il başlayandan iyun ayına qədər qida zəhərlənmələrilə bağlı hadisənin sayı 225, zərərçəkənlərin sayı 275 olub”.
Bu haqda Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası bölməsinin müdiri İmran Abdullayev məlumat verib.
O qeyd edib ki, zəhərlənmələr zamanı baş verən botulizm hadisəsinin sayı 23, zərərçəkənlərin sayı 28 nəfər olub.
Qida zəhərlənmələrilə bağlı ölüm hadisəsi qeydə alınmayıb.
İ.Abdullayev bildirib ki, statistika yanvar ayından indiyə qədərki dövrü əhatə etdiyindən qida zəhərlənmələri daha çox ev şəraitində konservləşdirilmiş pomidor, badımcan, xiyar tutmalarından baş verib. Bundan başqa ev şəraitində hazırlanan və boyat xörəklərdən-dolma, aş və s. yeməklərdən zəhərlənmələr qeydə alınıb.
Qeyd edək ki, 2015-ci ildə 659 qida zəhərlənməsi hadisəsi baş verib, bunun nəticəsində 912 nəfər zəhərlənib. Bu hadisələrdən 28-i botulizm zəhərlənməsi olub, 49 nəfər zərərçəkəndən 4-ü zəhərlənmə nəticəsində dünyasını dəyişib. (Modern.az)
Xəbər 287 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR