Azərbaycanda bir sıra ödənişlər ancaq elektron qaydada olacaq

Azərbaycanda bir sıra ödənişlər ancaq elektron qaydada olacaq

Vergi Məcəlləsinə edilən yeni dəyişikliklərə əsasən, bundan sonra bir çox ödənişlər elektron qaydada həyata keçirilməlidir. 

Fins.az hesablaşmaların yalnız nağdsız qaydada həyata keçirilməsi tələb olunan sahələrin siyahısını təqdim edir:

- İnzibati cərimələr;   

- Maliyyə sanksiyaları;

- Vergilər;

 - Gömrük rüsumları və yığımları; 

  - Faizlər;

- Lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi; 

- Sığorta ödənişləri;

- Dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar;

- Stasionar telefon xidmətləri və kommunal xərclər;

- Vergi ödəyicilərinə faizsiz pul vəsaitlərinin və digər ayırmaların ödənilməsi və qaytarılması;

- Dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi);

- Təhsil haqlarının ödənilməsi;

- Tur agentlərə ödənişlər.

Qeyd edək ki, bu dəyişikliklərlə bağlı "Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişikliklər edilib. Onların tam mətni ilə buradan tanış ola bilərsiniz. 
 
Aktual.az
Xəbər 376 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR