Azərbaycanda bələdiyyə sədri özünü öldürdü – YENİLƏNİB

Azərbaycanda bələdiyyə sədri özünü öldürdü – YENİLƏNİB

Şəkinin Qoxmuq kənd bələdiyyəsinin sədri Fətəli Lütfəli oğlu Rüstəmov intihar edib. Onun meyiti kənd ərazisində yerləşən köhnə tikilidə asılmış vəziyyətdə tapılıb. 1971-ci il təvəllüdlü F.Rüstəmovun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Aktual.az-ın məlumatına görə, Şəki Şəhər İcra Hakimiyyətindən AzVision-a bildirilib ki, F.Rüstəmovun maddi və psixoloji problemi olmayıb. 

"Fətəli müəllim normal insan idi. İcra başçısı ilə yaxşı əlaqələri vardı. Rayonun bütün tədbirlərində iştirak edirdi. Onun heç bir problemi yox idi. Ailəsində də problem olmayıb. İki oğlu var. Oğlanlarından biri yenicə hərbi xidmətdən qayıdıb. Fətəli müəllim oğlu üçün təmtəraqlı məclis təşkil etmişdi. İkinci oğu isə hərbi xidmətdədir. O, çox sakit və mehriban insan idi. Heç birimiz onun ölümünə inanmırıq. 

Fətəli müəllim işə gec gəlib. İş yoldaşları onun meyitini kəndin yaxınlığında yerləşən qonaq evində asılmış vəziyyətdə aşkar ediblər”-deyə İcra Hakimiyyətindən bildirilib.

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

****
Şəkidə bələdiyyə sədri özünü asıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Şəkinin Qoxmuq kənd bələdiyyəsinin sədri Fətəli Lütfəli oğlu Rüstəmovun meyiti kənd ərazisində köhnə tikilidə asılmış vəziyyətdə tapılıb. 1971-ci il təvəllüdlü F. Rüstəmov evli olub, iki övladı var.

Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət içi başlayıb, araşdırma aparılır.
 
Aktual.az
Xəbər 1817 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR