Azərbaycanda bankların sayı 20-dək azalacaq

Azərbaycanda bankların sayı 20-dək azalacaq

"Bankların sayının azalması və ya azaldılması məsələsi yenidən gündəmdədir”.
 
Modern.az xəbər verir ki, bu haqda iqtisadçı Vüqar Bayramov məlumat verib.
O bildirib ki, hazırda da öz funksiyalarını tam yerinə yetirə bilməyən banklar var:
"Əvvəlki illərdə proqnozlaşdırdığımız kimi, Azərbaycanda yaxın müddətdə bankların sayı 20-dək azalacaq. Təbii ki, prosesdə vətəndaşların ziyan çəkməməsi üçün sığortalanmayan əmanətlərin ödənilməsi mexanizminin təkmilləşdirilməsinə ehtiyac var”.
V.Bayramov deyib ki, son müflisləşən 10 bankda sığortalanmayan əmanətlərin verilməsi ilə bağlı çətinliklər qalmaqdadır:
"Doğrudur, sığortalanan əmanətlərin qaytarılmasında problemlər yoxdur. Amma, sığortalanmayan əmanətlərin verilməsi və eləcə də bank rəhbərlərinin məsuliyyət və öhdəliklərinin gücləndirilməsi ilə bağlı yeni mexanizmlərin işlənib tətbiq edilməsinə ehtiyac var. Bankların sayının azalması prosesinin ağrısız olması üçün isə bankların müflisləşməsi deyil, konsolidasiyasının təşviq edilməsi vacibdir”.
 
Aktual.az
Xəbər 303 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR