Azərbaycanda 4 mindən çox Türkiyə vətəndaşı səsvermə hüququna malikdir - Səfir

Azərbaycanda 4 mindən çox Türkiyə vətəndaşı səsvermə hüququna malikdir - Səfir

Azərbaycanda 4500 Türkiyə vətəndaşı səsvermə hüququna malikdir.

Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral bildirib.
Səfir qeyd edib ki , Azərbaycanda yaşayan Türkiyə vətəndaşları iyunun 17-də keçiriləcək parlament və prezident seçkilərində səs verəcəklər. Onun sözlərinə görə, hazırda Türkiyədə keçiriləcək parlament və prezident seçkilərinə ciddi hazırlıq işləri davam etdirilir:

"Bildiyiniz kimi, Türkiyədə keçiriləcək prezident seçkilərində artıq namizdələrin adları məlumdur. Önümüzdəki həftə isə parlament seçiklərində iştirak edəcək namizədlərin adları açıqlanacaq”.
Qeyd edək ki, Türkiyədə iyunun 24-də növbədənkənar parlament və prezident seçkiləri keçiriləcək. Seçkilərə 11 siyasi partiya qatılacaq.

Aktual.az
Xəbər 413 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR