Azərbaycanda 254 adam qidadan zəhərlənib - 3 nəfər ölüb

Azərbaycanda 254 adam qidadan zəhərlənib - 3 nəfər ölüb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda 164 qida zəhərlənməsi baş verib ki, nəticədə 254 nəfər zərər çəkib, 3 nəfər ölüb.

Aktual.az  xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, yanvar-may ayları ərzində 10 botulizm hadisəsi baş verib. Nəticədə 20 nəfər zəhərlənib.

Təkcə bu ilin may ayı ərzində 22 qida zəhərlənməsi baş verib. Bu hadisələrdən 34 nəfər zərər çəkib.
 
Aktual.az 
Xəbər 287 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR