Azərbaycanda 12 üçəm uşaq doğulub

Azərbaycanda 12 üçəm uşaq doğulub

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-mart ayları ərzində ölkədə 39 min doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 16,3 təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, doğulan körpələrin 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrin 696-sı əkiz, 12-si isə üçəm doğulub.

Bu ilin birinci rübü ərzində ölkədə 14,5 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1 olub.

Xəbər 400 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR