Azərbaycana xaricdən pul köçürmələri 45% artdı

Azərbaycana xaricdən pul köçürmələri 45% artdı

Bu ilin I rübündə iqtisadi tərəfdaş ölkələrində yaranmış vəziyyət qeyri-neft ixracı ilə yanaşı, ölkəyə daxil olan pul baratlarının dinamikasına da təsir edib.

"Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının "Pul siyasəti icmalı”nda bildirilir.
Məlumata görə, ilkin rəqəmlərə əsasən yanvar-mart aylarında ölkəyə daxil olmuş pul baratlarının dəyəri 291,8 mln. ABŞ dolları təşkil edib ki, bu da 1 il əvvəllə müqayisədə 44,5%, 2 il əvvələ nisbətən isə 62,9% çoxdur.

Aktual.az
Xəbər 416 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR