Azərbaycana qanunsuz 19 ədəd "Samsung" keçirmək istədilər

Azərbaycana qanunsuz 19 ədəd

Azərbaycana qanunsuz gətirilən mobil telefonlar aşkarlanıb.

DGK-dən Aktual.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstan Respublikasından Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Qaz 31105" markalı nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib.
Yoxlama zamanı, nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən 19 ədəd "Samsung" markalı mobil telefonlar və aksesuarları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
 
 Aktual.az
Xəbər 333 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR