Azərbaycana partlayıcı keçirmək istədilər

Azərbaycana partlayıcı keçirmək istədilər

Rusiya istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük postunun piyada keçid xəttinə daxil olan Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Aktual.az-a verilən məlumata görə, yoxlama zamanı həmin şəxsin gödəkcəsində və aşağı ətraflarında xüsusi üsullardan istifadə edilərək gömrük nəzarətindən gizlədilən 233 ədəd pirotexniki vasitələr aşkar edilib. 

Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 496 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR