"Azərbaycana gələn miqrantların sayı artır"


Azərbaycan dünyada cəlbedici ölkə olub və ona görə də ölkəmizə gələn miqrantların sayı artmaqdadır.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Ombudsman Elmira Süleymanova Beynəlxalq Miqrant Günü ilə bağlı Bakıda keçirilən tədbirdə deyib.
E.Süleymanova bildirib ki, Azərbaycanda miqrantlar üçün bütün şərait yaradılır.
Ombudsman vurğulayıb ki, Azərbaycan miqrantların hüquqlarının qorunması istiqamətində beynəlxalq təşkilatlarla birgə işlər görür.

E.Süleymanova qeyd edib ki, heç bir miqrant Azərbaycanda zorakılığa məruz qalmır, onlara ölkədə qanunvericiliyə uyğun olaraq bütün şərait yaradırılır.
 
Aktual.az
Xəbər 227 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR