Azərbaycana eşşək südü gətiriləcək

Azərbaycana eşşək südü gətiriləcək

"Eşşək südünün Azərbaycana gətirilməsi ilə bağlı danışıqlar gedir.”

Bunu AzNews.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib. O, qeyd edib ki, danışıqlar qonşu Türkiyə istehlakçıları ilə aparılır:

"Onlar çox həssaslıqla Azərbaycan istehlakçılarına eşşək südünün xeyri barədə informasiyalar sırıyırlar. Hətta onlar bizim istehlakçılara eşşək südü və süd məhsullarının insan orqanizmi üçün çox xeyirli olduğunu bildirirlər. Yaxın müddətdə eşşək südünün Azərbaycana gətirilmə ehtimalı var.”

Eyyub Hüseynov bildirib ki, bu gün Azərbaycanda eşşək ferması fəaliyyət göstərmir:

"Nə də eşşək pendiri istehsal olunmur. Məhsul yoxdursa, pendir necə istehsal oluna bilər?”
 
Aktual.az
Xəbər 94 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR