Azərbaycana ən çox sərmayə qoyan ərəb ölkələri - SİYAHI

Azərbaycana ən çox sərmayə qoyan ərəb ölkələri - SİYAHI

Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası Azərbaycan iqtisadiyyatına təqribən 1,3 milyard dollar sərmayə yatırıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan - Körfəz Əməkdaşlıq Şurasının biznes-forumunda iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir qeyd edib ki, bu investisiyalar əsasən BƏƏ, Səudiyyə və Bəhreyn tərəfindən qoyulub:
"Eyni zamanda, Azərbaycan Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin iqtisadiyyatına təxminən 300 milyon dollar sərmayə yatırıb".

Ş.Mustafayev bildirib ki, Azərbaycanda təqribən Küveyt, Bəhreyn, Qətər və Səudiyyə Ərəbistanı kapitallı 280 şirkət fəaliyyət göstərir: "Azərbaycan investisiya qoyulması baxımından əlverişli ölkədir".
O əlavə edib ki, Azərbaycan və Körfəz Əməkdaşlıq Şurası ölkələri arasında əmtəə dövriyyəsi son illərdə artım nümayiş etdirsə də, yüksək səviyyədə deyil - cari ilin 8 ayı ərzində 40 milyon dollardan çox.
 
Aktual.az
Xəbər 345 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR