Azərbaycan yeyinti məhsullarının idxalını 20%-ə çatdırıb

Azərbaycan yeyinti məhsullarının idxalını 20%-ə çatdırıb

Cari ilin yanvar-mart ayları ərzində Azərbaycana 298 557,93 min ABŞ dolları həcmində yeyinti məhsulları idxal olunub

Aktual.az  "Report"-a istinadən verdiyi xəbərə görə, yeyinti məhsulları idxalında 20,80% artım qeydə alınıb.

Hesabat dövründə ət idxalı 2,1 dəfə artaraq 11 308,16 min dollar, süd 76% artaraq 2 662,35 min dollar, kərə yağı və süddən hazırlanmış digər yağlar 30% artaraq 13 504,97 min dollar, çay 12,4% artaraq 10 175,02 min dollar, şəkər idxalı 2 dəfəyə yaxın artaraq 37 579,99 min dollara çatıb. Bu müddətdə meyvə-tərəvəz idxalında isə azalma müşahidə olunub. Belə ki, meyvə-tərəvəz idxalı illik müqayisədə 4,11% azalaraq cari ilin yanvar-mart ayları ərzində 41 309,23 min dollar, buğda idxalı 2,58% azalaraq 38 224,96 min dollar təşkil edib.

Qeyd edək ki, yeyinti məhsullarının cəmi idxalda xüsusi çəkisi ötən ilin müvafiq dövründə qeydə alınan 13,54%-dən 19,74%-ə yüksəlib.
 
Aktual.az
Xəbər 405 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR