Azərbaycan Yaponiya və Çin ilə birgə fiberoptik kabel istehsalı planlaşdırır

Azərbaycan Yaponiya və Çin ilə birgə fiberoptik kabel istehsalı planlaşdırır

Sumqayıt Texnologiya Parkında (STP) fiberoptik kabellərin Yaponiya və Çin şirkətləri ilə birgə istehsalının təşkili məsələsi 2018-ci ildə yenidən aktuallaşa bilər.

Aktual.az bildirir ki, bunu Trend-ə STP-dən deyiblər.
Qeyd olunur ki, bu ölkələrdən olan şirkətlərlə daha əvvəl danışıqlar aparılıb. Onlar STP ilə əməkdaşlığa və birgə istehsalı təşkil etməklə məhsulu xarici bazara ixrac etməyə hazır olduqlarını bildiriblər.

Kabel istehsalı zamanı STP tərəfindən istifadə olunan lif ABŞ-ın və Yaponiyanın aparıcı şirkətlərinin məhsuludur və dünya standartlarına cavab verir. İstehsalatın Azərbaycanda lokallaşması ilə əlaqədar yerli məhsul həmçinin istehsalın maya dəyəri və yekun qiyməti baxımından da sərfəlidir.
Qeyd edək ki, birgə istehsalat məsələsi 2016-cı ildə qaldırılmışdı, lakin müəssisənin rəhbərliyində aparılan dəyişikliklərlə əlaqədar bu məsələ bir müddət dondurulmuşdu.
 

Aktual.az

Xəbər 35 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR