Azərbaycan XİN rəhbəri: "Vaşinqton müzakirələr üçün çətin tərəfdaşdır"

Azərbaycan XİN rəhbəri:

"Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərə öz baxışı var. Bu, strateji tərəfdaşlıq münasibətləridir”.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Diplomatik Akademiyasında çıxışı zamanı bildirib. 
 
"Biz Avropa İttifaqı ilə strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsinin müəyyən edilməsinə başlamışıq", - deyə o qeyd edib.
 
Azərbaycan-ABŞ münasibətlərinə toxunan E. Məmmədyarov bildirib ki, Vaşinqton müzakirələr üçün çətin tərəfdaşdır: "Onlar hər zaman səni eşitmirlər. Bununla belə münasibətlərimiz olduqca möhkəmdir. Biz  Əfqanıstanla bağlı da birgə fəaliyyət göstəririk. ABŞ-la tərəfdaşlıq münasibətlərimiz olduqca uğurlu inkişaf edir. Lakin insan hüquqları sahəsində Rusiya kimi bizi də tənqid edir. Bu oyunun qaydası belədir”.
 
Aktual.az
Xəbər 487 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR