"Azərbaycan xalqı növbəti dəfə doğru seçim etdi" - Azər Verdiyev


Aktual.az xəbər verir ki, 11 aprel Prezident seçkiləri İlham Əliyevin qələbəsi ilə başa çatdı. 

Azərbaycan tarixinin ən mühüm səhifələrindən olan bu dönəmə münasibət bildirən QALİB-in sədri Azər Verdiyev xalqın növbəti dəfə doğru seçim etdiyini bildirib: "Bu dəfə də Azərbaycan xalqı doğru seçim etdi. İlham Əliyev namizədlər arasında ən güclüsü və ən layiqlisi idi. Bu mənada hesab edirəm xalqın seçimi zamanın tələbi ilə uzlaşır. İlham Əliyev tək Azərbaycanda deyil, dünyada tanınmış siyasətçidi. Bugün Azərbaycanı zirvələrə ancaq İlham Əliyev daşıya bilər. Dünyada baş verən geosiyasi gərginliklər fonunda Azərbaycanı ayaqda ancaq İlham Əliyev kimi siyasətçi saxlaya bilər"
 
Aktual.az 
Xəbər 223 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR