Azərbaycan xalçaları ABŞ-da 744 min dollara satılıb

Azərbaycan xalçaları ABŞ-da 744 min dollara satılıb

Bostonda "Grogan” hərracında Rozali və Mitçell Rudnikin yığdığı 100 Azərbaycan xalçasından və xalça məmulatlarından ibarət kolleksiya satılıb. 

Aktual.az  haqqin.az-a istinadən xəbər verir ki, xalçalar ABŞ və Avropadan olan alıcıların diqqətini çəkib. Ən baha qiymətə isə 1810-cu ilə aid olan "Quba” namaz xalçası satılıb. Boston İncəsənət Muzeyi bu xalça üçün 61 min dollar ödəyib.

Bu barədə Amerikanın antiquesandthearts.com saytı məlumat yayıb. 



Daha 15 iş hərəsi 10 min dollardan baha satılıb. Ümumilikdə, kolleksiya 744200 dollara satılıb. Hərracda 100-ə yaxın adam iştirak edib. 

Rudnik ailəsi hələ 1980-ci illərin əvvəlində xalça kolleksiyası toplamağa başlayıb. Xalçalar İstanbul, Milan, Paris, London, Münhen, eləcə də ABŞ-ın dillerlərindən alınıb. Toplanılan geniş kitabxanada hərracda satılıb. Xalçalar bir neçə sərgidə nümayiş etdirilib. 

Rudniklərin kolleksiyasında olan xalçalar XIX əsrdə toxunub... "Antiques and The Arts” onları Qafqaz xalçaları kimi təqdim edir. Xalçaların adları özləri haqqında bütün məlumatı təqdim edir – "Muğan”, "Şirvan”, "Qazax”, "Sumax”, yuxarıda adı çəkilən "Quba” və s. 



"Müxtəlif kəndlərdə toxunan xalçalar arasında fərq var. Xalçalar qadınlar tərəfindən toxunub, naxışlar isə anadan qıza, nəsildən-nəsilə ötürülüb. Bəzi xalçalarda ərəb rəqəmləri təsvir edilib, burada müsəlman təqvimi ilə il göstərilib. Ən çox tələbat 19-cu əsrdə toxunan xalçalaradır, həmin xalçalarda yalnız təbii boyalardan istifadə edilib. Bu xalçaların çoxu şəxsi istifadə üçün toxunub, daha sonra satış üçün də toxumağa başlayıblar”, - deyə sayt yazır.



Hərraca qayıdaraq deyə bilərik ki, satış "Sumax” xalça çantalarından başlayıb, onlar 33550 və 39650 dollara satılıb. Bu, ilkin qiymətdən təxminən dörd dəfə bahadır. 

1827-ci ilə aid "Qazax” namaz xalçası 36600 dollara satılıb. Daha bir 1832-ci ilə aid xalça isə 45470 dollara, 1821-ci ilə aid digər xalça isə 51850 dollara satılıb. Hətta bərpa edilən xalçalar da alınırdı, çünki nadir əşyalardır. 
 
Aktual.az
Xəbər 1385 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR