Prezidentlərin təkbətək görüşü başa çatıb - YENİLƏNİB

Prezidentlərin təkbətək görüşü başa çatıb - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü başa çatıb. 

"Report" xəbər verir ki, görüşdə ikitərəfli əlaqələr müzakirə olunub. 

****

Ankara şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü başlayıb.

"Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, R.T.Ərdoğan Azərbaycan Prezidentini öz iqamətgahında qarşılayıb.
Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçıları fəxri qarovulun qarşısından keçiblər. Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsinin rəisi prezidentlərə raport verib. Dövlət başçıları fəxri qarovul dəstəsini salamlayıb.
Sonra Azərbaycan və Türkiyə nümayəndə heyətləri prezidentlərə təqdim olunub. 
Bundan sonra iki ölkə liderlərinin təkbətək görüşü olacaq. Dövlət başçıları ikitərəfli əlaqələrin hazırkı vəziyyətini və daha da genişləndirilməsini, bölgədə və beynəlxalq aləmdəki əsas mövzuları müzakirə edəcəklər.
Görüşün ardınca iki ölkə prezidentləri Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclasına qatılacaqlar. Şuranın toplantısından sonra Azərbaycanla Türkiyə arasında sənədlər imzalanacaq. Sonra Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan birgə mətbuat konfransı keçirəcəklər.
Görüş rəsmi nahar yeməyi ilə başa çatacaq.

Aktual.az
Xəbər 290 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR