Azərbaycan və Pakistan pambıqçılıq sahəsində əməkdaşlıq edə bilər

Azərbaycan və Pakistan pambıqçılıq sahəsində əməkdaşlıq edə bilər

Azərbaycanla Pakistan arasında pambıqçılıq və pambıq yağı istehsalı sahəsində əməkdaşlıq imkanları genişdir. Düyü istehsalı sahəsində də əməkdaşlıq imkanları mövcuddur.

"Report"un verdiyi xəbərə görə, bunu Bakıda səfərdə olan Pakistanın federal milli ərzaq təhlükəsizliyi və tədqiqat naziri Sikandar Hayat Xan Bosa məlumat bildirib.
Nazir qeyd edib ki, həmçinin birgə sərgilərin keçirilməsi təklif olunur: "Gələn ilin may ayından etibarən Pakistanda yetişdirilən məhsulların Azərbaycanda sərgisi təşkil oluna bilər". 
Onun sözlərinə görə, Azərbaycan məhsullarının da Pakistanda eyni qaydada sərgisinin keçirilməsi mümkündür.
Qonaq bildirib ki, iki ölkə arasında tədqiqatçıların, tələbə heyətinin mübadiləsi ilə bağlı qərarlar veriləcək. O qeyd edib ki, bununla bağlı Bakıda keçirilən birgə işçi qrupunun birinci iclasında müzakirələr də aparılıb.
 
Aktual.az
Xəbər 33 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR