Azərbaycan uzun müddətdən sonra ilk dəfə Texasa neft göndərib

Azərbaycan uzun müddətdən sonra ilk dəfə Texasa neft göndərib

Azərbaycan mayda ABŞ-ın Texas ştatının Korpus-Kristi limanına 500 min barel həcmində "AzeriLight” nefti göndərib. 

Aktual.az xəbər verir ki, bunu Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə deyib.

Onun sözlərinə görə, Azərbaycan neftinin Texasa tədarükü uzun müddət ərzində ilk dəfə həyata keçirilib:

"500 min barel həcmində "AzeriLight” nefti Texasa iki həftə əvvəl çatıb. Bu, 2012-ci ildən etibarən Azərbaycan neftinin həmin ştata ilk tədarüküdür”.

Qeyd edək ki, bu, cari ildə Azərbaycan neftinin ABŞ-a ikinci iri ixrac həcmidir. Belə ki, SOCAR apreldə Ceyhan limanından ABŞ-a 800 min barel həcmində "AzeriLight” nefti tədarük etmişdi.
 
Aktual.az
Xəbər 254 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR