Azərbaycan Ukrayna ilə hərbi əməkdaşlığı genişləndirib

Azərbaycan Ukrayna ilə hərbi əməkdaşlığı genişləndirib

Azərbaycan Ukraynanın "Xüsusi Texnologiya İxracı" xarici ticarət müəssisəsi ilə əməkdaşlığı genişləndirib.

Aktual.az "Report"a istinadən bildirir ki, bu barədə müəssisənin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, şirkət 2017-ci ildə 120 milyon dollar dəyərində hərbi məhsul satıb.Satışın əsas hissəsini tərəfdaşların tələbatına uyğun olaraq, Ukrayna istehsalı olan müasir silah və texnikaların ixracı tışkil edib.
Məlumata görə, müəssisənin xarici ticarət dövriyyəsinin yarısını Hindistana 65 milyon dollar dəyərində müdafiə məhsullarının ixracı tutub. Bundan əlavə müəssisə İndoneziya, Səudiyyə Ərəbistanı, Küveyt, Misir, Azərbaycan, Türkiyə və Gürcüstan kimi ölkələrlə əməkdaşlığı fəallaşdırıb.
Xəbər 376 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR