Azərbaycan Türkiyəyə bu qədər qaz satıb

Azərbaycan Türkiyəyə bu qədər qaz satıb

Bu ilin sentyabr ayında Türkiyə 3,680 mlrd. kubmetr təbii qaz idxal edib.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 22,4% çoxdur. Ötən ilin sentyabrında qardaş ölkə 3,007 mlrd. kubmetr qaz alıb.
Sentyabrda idxal olunan qazın 3,232 mlrd. kubmetri boru xətləri, 448 mln. kubmetri LNG təsisatları vasitəsilə nəql olunub.
Hesabat dövründə Türkiyə Rusiyadan 2,121 mlrd. kubmetr, Azərbaycandan 519 mln. kubmetr, İrandan isə 518 mln. kubmetr qaz alıb.
Ümumilikdə, 2017-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Türkiyəyə 4 mlrd. 792,850 mln. kubmetr qaz ixrac edib.
2016-cı ildə Azərbaycan Türkiyəyə 6 mlrd. 479,87 mln. kubmetr qaz ixrac edib.
 

Aktual.az 

Xəbər 399 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR