Azərbaycan turizminin antiböhran planı hazırlanır

Azərbaycan turizminin antiböhran planı hazırlanır

Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov və AZTA - Gəlmə Turizm Komitəsinin rəhbəri Murad Kərəmovun iştirakı ilə gəlmə turizmlə məşğul olan 22 şirkət rəhbərləri və şirkət nümayəndəlikləri arasında görüş keçirilib.

Aktual.az Oxu.az-a istinadən bildirir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyindən bildirilib.

Görüşdə "Böhran dövründə gəlmə (Incoming) turizm sektorunda mövcud problemlər, həll yolları və bu dövrdə AZTA-dan gözləntiləriniz" mövzusunda müzakirələr aparılıb. Həmçinin Rusiya turizm şirkətləri ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində AZTA-nın təklif etdiyi tədbirlər planı müzakirə olunub və bu tədbirlər planı şirkətlər tərəfindən bəyənilib.

Görüş zamanı Rusiya turizm şirkətləri ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində şirkətlər öz təcrübələrini digər şirkətlərlə bölüşüb və komitənin növbəti 2 fevral 2016-cı il tarixində təşkil ediləcək görüşündə Rusiya turizm şirkətlərinə təklif olunacaq tur məhsullarını müzakirəyə çıxarılması haqqında razılıq əldə edilib.

Xəbər 377 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR