Azərbaycan təyyarəsi qəza enişi etdi

Azərbaycan təyyarəsi qəza enişi etdi

Azərbaycanın özəl “Silk Way Airlines” aviaşirkətinə məxsus “Boeing-747” yük təyyarəsi mühərriklərinin birində başlamış yanğına görə Honkonq beynəlxalq aeroportunda təcili eniş edib. Bu barədə informasiyanı kütləvi informasiya vasitələrində yayılıb. 

Aktual.az xəbər verir ki, Silk Way aviaşirkəti baş verən hadisə ilə bağlı açıqlama verib. Şirkətdən Trend-ə verilən məlumata görə, 
Silk Way aviaşirkətinə aid olan 4K-SW888 Bort nömrəli təyyarənin sınaq uçuşu zamanı 3 nömrəli mühərrikində pompaj hadisəsinin baş verməsi 3 nömrəli mühərriyin yararsız olması ilə bağlıdır. 

Məlumatda qeyd olunur ki, Silk Way aviaşirkətinə aid olan 4K-SW888 Bort nömrəli təyyarə HAECO şirkətində D Check’tən keçib. D Check qurtardıqdan sonra normal prosedur kimi sınaq uçuşu planlaşdırılıb, ancaq baş verən hava hadisələri ilə əlaqədar bu uçuşun həyata keçirilməsi yubanıb.

Bildirilir ki, iyulun 14-də yerli vaxtla saat 06.00-da (22.00 UTC) təyyarənin sınaq uçuşu üçün uçuş hazırlığı verilib və təyyarə havaya qalxıb: "Təyyarə havaya qalxdıqdan sonra təqribən 500 feet (170 metr) hündürlükdə olarkən, 3 nömrəli mühərrikdə pompaj hadisəsi baş verib və təyyarənin kapitanı sınaq uçuşunu ləğv edərək dərhal həmin aeroporta geri qayıdıb. Təyyarə uğurla yerə endikdən sonra keçirilən texniki baxışda, 3 nömrəli mühərriyin işə yararsız olduğu aşkar olunub".

Məlumatda sonra qeyd olunur ki, Silk Way aviaşirkəti, dərhal ehtiyat mühərriyini HAECO şirkətinə göndərib: "Təyyarədən sökülən mühərrik, Silk Way aviaşirkətinin mühərrikin istehsalçısı olan Rolls Royce şirkəti ilə bağladığı Total Care anlaşmasına uyğun olarak Roll Royce şirkətinin zavodlarında təmir olunacaq. Aşkar olunan nasazlıq və havada baş verən hadisənin səbəbi keçiriləcək baxışdan sonra aydınlaşacaq".

 
Xəbər 982 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR