Azərbaycan təhsili dünya reytinqində 22 pillə irəliləyib

Azərbaycan təhsili dünya reytinqində 22 pillə irəliləyib

"Təhsil sisteminin keyfiyyəti” –dünyada 35-ci!

Azərbaycanda təhsil sahəsində həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, dünya təhsil bazarında və bir sıra nüfuzlu beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bu baxımdan bir neçə gün öncə açıqlanan Dünya İqtisadi Forumun qiymətləndirməsi xüsusilə təqdirəlayiqdir. Belə ki, "Ali təhsil və təlim” indeksi üzrə ölkəmizin mövqeyi son 4 ildə 22 pillə yaxşılaşaraq 90-cı yerdən 68-ci yerə qədər yüksəlib.

Bir sira alt göstəricilər üzrə təhsil sahəsinin nailiyyətləri xüsusilə qürurvericidir. Belə ki, son 4 ildə "Təhsil sisteminin keyfiyyəti” göstəricisi 69 pillə (104-cü yerdən 35-ci yerə), "İdarəetmə məktəblərinin keyfiyyəti” göstəricisi 52 pillə (124-cü yerdən 72-ci yerə), "Riyaziyyat və elmi təhsilin keyfiyyəti” göstəricisi  42-ci pillə (108-ci yerdən 66-cı yerə), "Kadr hazırlığı dərəcəsi” göstəricisi 43 pillə (94-cü yerdən 51-ci yerə), "Yerli ixtisaslaşmış təlim xidmətləri” 35 pillə (79-cu yerdən 44-cü yerə), "Məktəblərdə internetə çıxış” göstəricisi 28 pillə (69-cu yerdən 41-ci yerə) yüksəlib.

Gələcəkdə Azərbaycanın uğurlu təhsil siyasətini daha ciddi nailiyyətlər gözlədiyinə inanırıq.

"Ali təhsil və təlim” indeksini formalaşdıran göstəricilərin illər üzrə dinamikası

qrafika

                                 İllər

 

 

Göstəricilər

2014/15-

 

ci il

2015/16-cı il 2016/17-ci il 2017/18-

 

ci il

2017/18-ci il 2014/15-ci illə müqayisədə
"Təhsil sisteminin keyfiyyəti” 104 107 72 35 69
"Riyaziyyat və elmi təhsilin keyfiyyəti” 108 104 80 66 42
"İdarəetmə məktəblərinin keyfiyyəti” 124 121 89 72 52
"Məktəblərdə internetə çıxış” 69 68 56 41 28
"Yerli ixtisaslaşmış təlim xidmətləri” 79 82 69 44 35
"Kadr hazırlığı dərəcəsi” 94 90 82 51 43
"Ali təhsil və təlim” indeksi üzrə ümumi nəticə 90 89 78 68 22

Aktual.az
Xəbər 237 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR