Azərbaycan taekvondoçusu dünya çempionu oldu

Azərbaycan taekvondoçusu dünya çempionu oldu

Azərbaycan taekvondoçusu Milad Beigi Harçeqani Cənubi Koreyanın Miju şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb. 26 yaşlı idmançı finalda rusiyalı Anton Kotkovu yenib - 21:3.

Beləliklə, Harçeqani "Bakı 2015" I Avropa Oyunları və 2016-cı il Avropa çempionatında qızıl medal qazandıqdan sonra dünya çempionu tituluna da sahib çıxıb.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın daha bir təmsilçisi Məhəmməd Məmmədov (63 kq) bürünc medal qazanıb. (report)
 
Aktual.az
Xəbər 362 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR