Azərbaycan Sənaye Sığorta ASC “ikiqat şans” stimullaşdirici lotereyanın partnyoru oldu

Azərbaycan Sənaye Sığorta ASC “ikiqat şans” stimullaşdirici lotereyanın partnyoru oldu

Bazarstore marketlər şəbəkəsi 15 Mart - 15 May tarixlərində ikiqat şans adlı stimullaşdırıcı lotereya həyata keçirəckdir. Müştərilər hər 25 manatlıq alış-veriş zamanı əsas hədiyyə kimi avtomobil, Antalyaya səyahət və bundan əlavə 120 000-nə yaxın müxtəlif hədiyyələr udmaq şansı əldə edəcəklər. Möhtəşəm "İkiqat şans"stimullaşdırıcı lotoreyasına Sığortaçı partnyor kimi AzərbaycanSənaye Sığorta ASC qoşuldu! Belə ki, lotereyanın böyük uduşları olan 3 avtomobil – 1 ədəd Ford Ecosport, 2 ədəd Ford Fiesta avtomobillərinin qalibləri müəyyən olunduqdan sonra Azərbaycan Sənaye Sığorta ASC tərəfindən 1 il müddətinə Kasko sığortası olunacaq. 

Kasko - Avtonəqliyyat vasitələrinin baş vermiş hadisələrdən sığortası deməkdir. Kasko sığortası qəzadan sonra avtonəqliyyat vasitələrinin hissələrinin bərpa edilməsi zamanı meydana gələ biləcək xərclərin ödənilməsi, eyni zamanda onun oğurlanması, tam məhv olması zamanı avtomobilin yenisi ilə əvəz olunması məqsədilə sığorta müqaviləsində qeyd olunmuş məbləğ çərçivəsində sığortalının əmlak maraqlarını təmin edir. 

 

Məlumat üçün bildirirk ki, "İkiqat şans" stimullaşdırıcı lotoreyanın final mərhələsi may ayında  Park Bulvar alış-veriş mərkəzində keçiriləcəkdir. 

 

 

Xəbər 812 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR