Azərbaycan səhiyyəsində bir ilk

Azərbaycan səhiyyəsində bir ilk

"Bu il Azərbaycanda ilk dəfə endoskopik yolla sol ağciyərin çıxarılması əməliyyatı  həyata keçirilib”.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, Bakı Ürək Mərkəzinin döş qəfəsi cərrahı, uzman Elmar Məmmədov bildirib ki, bu əməliyyat 23 yaşlı qızın üzərində aparılıb.
Onun sözlərinə görə, xəstə vaxtında müalicə və əməliyyat edilmədiyindən ağır vəziyyətdə mərkəzə gətirilib: "Xəstəxanaya daxil olan zaman sol ağciyərini cərrahi əməliyyat yolu ilə çıxarmaq məcburiyyətində qaldıq. 
Lakin bu əməliyyatın çox ciddi təhlükəsi var idi. Çünki ətraflarda insan orqanizmi üçün vacib olan şah damar və ürəkdən çıxan digər damarların yerləşməsi əməliyyatı daha da çətinləşdirirdi. Həmin damarlara adi toxunuş xəstənin ölümü ilə nəticələnə bilərdi. Çox diqqətli olmaq lazım gəlirdi. Həkimlərin səyi nəticəsində ölkədə ilk dəfə icra olunan və 2-2,5 saat ərzində davam edən cərrahiyyə əməliyyat uğurla nəticələndi. Əməliyyatdan 4 gün sonra xəstə evə yazıldı. Hətta 15 gündən sonra xəstə artıq iş fəaliyyətini davam etdirirdi”.
 

Aktual.az 

Xəbər 162 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR