Azərbaycan prezidenti Kuba və Sudan liderlərini təbrik edib

Azərbaycan prezidenti Kuba və Sudan liderlərini təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının sədri Raul Kastro Rusu ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

 "Hörmətli cənab sədr, Kuba Respublikasının milli bayramı – Azadlıq günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Bu əlamətdar gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kuba xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.
 
Dövlət başçısı həmçinin Sudan prezidenti Ömər Həsən Əhməd əl-Bəşiri təbrik edib: "Hörmətli cənab Prezident, Sudan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu əlamətdar gündə sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar, dost Sudan xalqına sülh və rifah diləyirəm”.
 
Aktual.az
Xəbər 546 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR