Azərbaycan prezidenti çexiyalı həmkarını təbrik etdi

Azərbaycan prezidenti çexiyalı həmkarını təbrik etdi

“Dost xalqınıza daim sülh və firavanlıq arzulayıram”.

Azərbaycan Prezidenti İlham ƏliyevÇexiya prezidenti Miloş Zemanabu ölkənin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.

Aktual.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Çex Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Çexiya münasibətləri bu gün dinamik və hərtərəfli inkişaf yolundadır. Keçən ay ölkəmizə səfəriniz, ölkələrimiz arasında strateji tərəfdaşlığa dair imzaladığımız Birgə Bəyannamə ikitərəfli münasibətlərimizin inkişafına mühüm töhfədir.

Ümidvaram ki, əməkdaşlığımızın daha da dərinləşdirilməsi sahəsində qarşıya qoyduğumuz vəzifələrin həlli yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Belə bir gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim sülh və firavanlıq arzulayıram”.

Aktual.az

Xəbər 536 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR