Azərbaycan ordusunda düşməni qorxudacaq yeni silah: Nişandan yayınmaq mümkün olmayacaq - FOTO

Azərbaycan ordusunda düşməni qorxudacaq yeni silah: Nişandan yayınmaq mümkün olmayacaq - FOTO

Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin keçirilən sonuncu iclasında nazirliyin yüksək güclü elektromaqnit impuls şüalanma layihəsi işlərinə başladığını diqqətə çatdırıb. 

Cebhe.info xəbər verir ki, Y.Camalov bildirib ki, bu layihə iki istiqamətdə – zirehlı texnika üzərində yerləşdirilmiş elektromaqnit impuls qurğusunun və yüksək impulslu elektromaqnit şüa verən aviasiya bombasının yaradılması istiqamətində aparılacaq. 

Maraqlıdır, elektromaqnit impuls qurğusu və yüksək impulslu elektromaqnit şüa verən aviasiya bombası Azərbaycana daha hansı üstünlüklər qazandıracaq? 

Hərbi ekspert Üzeyir Cəfərli Cebhe.info-ya açıqlamasında bu silahların əhəmiyyətindən danışıb. O qeyd edib ki, yeni model silahlar hədəfi dərhal nişana alaraq, düşmən qüvvələri məhv etmək xarakterinə malikdir:

"Bu silah düşmənin fəaliyyətini faktiki olaraq iflic edəcək. Təlimlərdə şərti düşmənə qarşı istifadə olunan bu silah artıq özünü doğruldub. Azərbaycan Silahlı Qüvvələri bu silahla düşmənə daha ağır zərbələr vura bilər. Yeni silah ən son texnikalarla hazırlandığı üçün nəticə 100 faiz olacaq, nişandan yayınmaq mümkün olmayacaq”. Ü.Cəfərlinin sözlərinə görə, artıq digər ölkələrin də Azərbaycanın patenti olduğu bu silahı almağa marağı var: "Artıq digər ölkələrdə də bu silaha maraq var. Hazırda həmin ölkələrlə Müdafiə Sənayesi Nazirliyi arasında bu istiqamətdə danışıqlar aparılır”. 


Xəbər 2148 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR