Azərbaycan neftinin qiyməti 59 dollara çatır

Azərbaycan neftinin  qiyməti 59 dollara çatır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 5-də 58,94 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 1,02 dollar/barel çoxdur.
Aktual.az "Trend”
ə istinadən xəbər verir ki, bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 5-də 58,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,92 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 5-də 56,07 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 1,29 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 5-də 57,19 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,01 dollar/barel çoxdur.

Aktual.az
Xəbər 400 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR