Azərbaycan neftinin qiyməti 125 dollara yaxınlaşdı

Azərbaycan neftinin qiyməti 125 dollara yaxınlaşdı

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

Aktual.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,5 ABŞ dolları və ya 2,05% artaraq, 124,68 dollar təşkil edib.

Hərraclarda "Brent” markalı neftin avqust fyüçersləri 117,09 ABŞ dollardan satılıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Xəbər 444 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR