Azərbaycan neft məhsullarının ixracını azaldıb

Azərbaycan neft məhsullarının ixracını azaldıb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 46 min 331,72 ABŞ dolları dəyərində 117 min 963,01 ton neft məhsulları ixrac edib.

Aktual.az  xəbər verir ki, bu barədə "APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 215 min 594,17 ton və ya 2,83 dəfə azdır. Məbləğ baxımından isə illik nisbətdə 16 min 667,97 dollar və ya 26,46% azdır.

Qeyd edək ki, 2016-cı ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycanda 62 min 999,69 dollar dəyərində 333 min 557,18 ton neft məhsulu ixrac edilib.

Qeyd edək ki, neft məhsullarının ixracı Azərbaycanın bu ilin ilk 2 ayının ümumi ixracının 2,80%-ni təşkil edib.
 
Aktual.az 
Xəbər 503 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR